13 C
Baku
Sunday, November 27, 2022

Rusiya şirkəti Azərbaycanda “Kamaz” brendindən “imtina edib”

Rusiya “Kamaz”nın Azərbaycandakı törəmə şirkəti – “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidentinin adı dəyişib.

Banker.az xəbər verir ki, “Kamaz Lizinq Azərbaycan” MMC bundan sonra “Avto Lizinq Azərbaycan” MMC kimi fəaliyyət göstərəcək.

Şirkətin adının dəyişdirilməsinə Rusiya Federasiyasına dünya ölkələri tərəfindən tətbiq edilən sanksiyaların səbəb olduğu ehtimal edilir.

Lakin əldə olunan məlumata əsasən, şirkət ölkədə fəaliyyətini davam etdirəcək.

Bununla belə, şirkətin direktoru Rofel Qurbanov Qasım oğlu vəzifəsini tərk edib. Onu bu vəzifədə Fəxri Həsənov Şaliq oğlu əvəzləyib.

Şirkət Rusiyanın yük avtomobilləri istehsal edən “Kamaz” Publik Səhmdar Cəmiyyətinin kapitalı ilə 2021-ci ilin oktyabrında təsis edilib. O hazırda 1 699 000 manat nizamnamə kapitalına sahibdir.

 

 

Son xəbərlər
Digər xəbərlər
X