Qırğız Respublikasında qızıl hasil edən “Alyans Altın” müəssisəsi oktyabrın 6-da Ceruy mədənində fəaliyyətini dayandırıb.
Məlumatı TASS yayıb.
Bildirilib ki, müəssisənin ərazisinə naməlum şəxslər daxil olaraq işin dayandırılmasını tələb ediblər. “Alyans Altın” vəziyyət sabitləşənədək bütün fəaliyyətini dayandırdığını bildirib.
Qeyd edək ki, “Alyans Altın” Rusiyanın “Russkaya platin” şirkətlər qrupuna daxildir. Bu yataqda qızıl hasil edilməsi ilə bağlı əvvəllər də ciddi problemlər olub.
Xatırladaq ki, sentyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Müxalifət bu siyasi kampaniyanın nəticələrinə etiraz aksiyası keçirib. Oktyabrın 5-də Qırğızıstan parlamenti və başqa dövlət idarələri etirazçılar tərəfindən tutulub. Keçmiş prezident Almazbek Atambayev, keçmiş baş nazir Temir Sarıyev həbsdən azad edilib.