13 C
Baku
Saturday, November 23, 2024

Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisəsi yaradacaq

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Rusiyanın “Himtek Engineering” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə agentliyin məlumatında bildirilir.

Məlumata görə, sənədi qurumun İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Rusiya şirkətinin baş direktoru Sergey Luqovskoy imzalayıblar.

Memoranduma əsasən, Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında dəyəri 100 milyon ABŞ dolları olan istehsal müəssisəsi yaradacaq və kimyə məhsullar istehsal edəcək. 100 nəfərin işləyə biləcəyi müəssisənin illik istehsal gücü 15 min ton olacaq. Onun məhsullarının Azərbaycan satışı ilə yanaşı Rusiyaya ixrac edilməsi planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər