27 C
Baku
Saturday, April 27, 2024

Rusiya şirkətinin Azərbaycandakı biznesinə marağı artır: kapital ikiqat artırıldı

Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəməsi və Azərbaycanda dövlətə məxsus şərab müəssisini alan “Az Abrau” MMC-yə maya qoyulub.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Məlumata görə, “AzAbrau” MMC-nin nizamnamə kapitalı 1 610 000 manatdan 3 397 600 manata çatdırılıb.

Bu da 1 787 600 manat, yaxud 2 dəfədən çox artım deməkdir.

“AzAbrau” MMC 2021-ci ilin iyulunda yaradılıb. Şirkət dekabrda Şəkidə fəaliyyətdə olan “Şəki Şərab” MMC-nin bir hissəsini satın alıb.

Həmin tarixdə Əmlak Məsələləri Dövlət Xidməti və şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1.92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4,5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəməyi öhdəliyinə götürüb.

Şirkət Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır, yaxın perspektivdə üzüm bağlarının salınmasını nəzərdə tutur.

“Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər