26 C
Baku
Friday, July 5, 2024

Rusiya şirkətinin Azərbaycandakı şərab zavodunun kapitalı ₼7 milyona çatdırılıb

Rusiyanın spirtli içki istehsalçısı “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəməsi və Azərbaycanda dövlətə məxsus şərab müəssisini alan “AzAbrau” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “AzAbrau”n nizamnamə kapitalı 6 100 126 manatdan 6 813 300 manata yüksəldilib.

Beləliklə, kapitalı 713 174 manat və ya 11.7% artırılmış olub.

“AzAbrau” MMC 2021-ci ilin iyulunda yaradılıb. Şirkət 2021-ci ilin dekabrında Şəkidə fəaliyyətdə olan “Şəki Şərab” MMC-nin bir hissəsini satın alıb.

Həmin tarixdə Əmlak Məsələləri Dövlət Xidməti və şirkət arasında alğı-satqı müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1.92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4,5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb.

Son xəbərlər
Digər xəbərlər