25 C
Baku
Saturday, June 22, 2024

“Rusiya siyasi və hərbi cəhətdən müharibəni uduzur”

“Rusiya müharibəni həm mənəvi, həm də siyasi və hətta hərbi cəhətdən uduzur”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə deyib.

“Rusiya günü-gündən daha çox təcrid olunur. Biz BMT Baş Assambleyasındakı səsvermənin nəticəsini gördük. Bütün bunlara görə biz Ukraynanın dəstəkləməyə davam etməliyik. Ukrayna XİN başçısı Dmitri Kuleba da bugünkü görüşdə iştirak edəcək”, – o bildirib.

Cozep Borrell vurğulayıb ki, bloka üzv ölkələrin XİN başçıları bu gün həm də Ukrayna hərbçilərinə təlimlərin keçirilməsi ilə bağlı missiya barədə də müzakirə aparacaq: “Təlimlər yalnız əsgərlər üçün deyil, həm də komandirlər üçün nəzərdə tutulur”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər