18 C
Baku
Thursday, May 30, 2024

Ukrayna Rusiyanın Soledarı ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib – Yenilənib

Rusiya qoşunları Ukraynanın Soledar şəhərini ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən alınıb” – deyə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında bildirilib.

***

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib.

O, vəziyyətin nəzarət altında olduğunu bildirib.

“Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”, – o deyib.

O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər