28 C
Baku
Saturday, July 27, 2024

Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yeridilməsi başladı

Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanır

Banker.az  Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sülhməramlıları və onların hərbi texnikasını daşıyan ilk 4 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələrin göyərtələrində sülhməramlı qüvvələrin şəxsi heyəti, zirehli transportyorlar, maddi-texniki vasitələr yer alır.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış birgə sazişə əsasən 1960 hərbçidən, 90 zirehli transportyordan və 380 vahid avtomobil texnikasından ibarət olan sülhməramlı qüvvələr Qarabağda yerləşdiriləcək.

“Rusiya sülhməramlı qüvvələrinin regiona göndərilməsi əməliyyatı İl-76 nəqliyyat təyyarələrinin də cəlb edilməsi ilə kombinə edilmiş şəkildə həyata keçiriləcək”, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, sülhməramlı əməliyyatın idarə edilməsi üçün Xankəndi şəhəri rayonunda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdiriləcək.

Son xəbərlər
Digər xəbərlər