20 C
Baku
Friday, September 20, 2024

Rusiya SWIFT-in alternativinə qoşulmağa hazırdır

“Rusiya ABŞ-dan asılı olmayan ödəniş sisteminə qoşula bilər”.

Banker.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Anton Siluanov bildirib.

Onun sözlərinə görə, SWIFT beynəlxalq ödəniş sisteminin hazırda yaradılan alternativi Avropanın maliyyə institutları arasında işləyəcək: “Rusiya bu sistemə qoşulmağa hazırdır. Çünki, o, ABŞ dolları ilə hesablaşmalar aparan müəssisələrə və maliyyə institutlarına qarşı ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə cavabdır”.

Xatırladaq ki, “Financial Times” nəşri Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çinin alternativ ödəniş sisteminin yaradılması üçün razılığa gəldiyini yazıb.

Son xəbərlər
Digər xəbərlər