7 C
Baku
Monday, February 6, 2023

Rusiya SWIFT sistemindən ayrılacaqmı?- RƏY

Son 2 gün ərzində Rusiyanın Ukraynaya hücum etməsi hələki günün əsas xəbəri olaraq qalır. Hazırda bütün dünya Rusiyanın Qərb tərəfindən hansı formada “cəzalandırılacağını” gözləyir. Hələki bu məsələ ilə bağlı xüsusi kəskin addımlar yoxdur – bəzi ölkələr sadəcə hansısa sanksiya siyahılarını hazırlayır və açıqlayırlar. Bu məsələ ilə bağlı İqitsadçı ekspert Fariz Hüseynov öz fikirlərini paylaşmışdır. Onun fikrincə, Amerikanın son günlərdəki hərəkəti göstərir ki, təktərəfli sanksiyalar qoymaq istəmir. Birinci onu göstərmək istəyir ki, Rusiya müttəfiqləri bölə bilməyib. Bu hekayəni çox vacib hesab edir hökümət.

İkincisi, həmişə beynəlxalq sistemdə dolları silah kimi işlətməkdə tənqid olunur. Kimlər tərəfindən? Təkcə Rusiya, Çin yox, həm də Avropa tərəfindən. Hələ İrana qarşı sanksiya qoyanda Avropa bankları alternativ ödəmələr sistemi söhbəti edirdi.

İndi Amerikanın əsas hədəfi sanksiyaları Avropa və başqa müttəfiqlərlə birgə qoymaqdır. Deməli proses yavaş gedəcək. Artıq əsas dövlət bankları və şirkətlərinə ilk ağır sanksiyalar qoyuldu. Əsas problem Almaniya və İtaliyadır. Razı olmurlar ki, Rusiya ilə aparılan neft-qaz ödəmələrinə sanksiya qoyulsun. İngiltərə və Amerika nə qədər təzyiq etsə də hələ razılıq əldə edilməyib. İngiltərə əlindən gələni edir bu mövzuda.

SWIFT ətrafında müzakirələr gedir. Əslində Swift olmadan da edə bilər. Məsələn tək tərəfli ya da İngiltərə ilə birgə – dollar və funta əli dəyən Rusiyaya ödəmə etməyəcək. Müxbir hesablar dondurulacaq və Rusiya ilə iş görənin dollara əli dəyməsin. SWIFT onsuz da bankların mesaj sistemidir, pul müxbir hesablardan gedir. Edə bilər bunu amma hələ etmək istəmir, çünki etsə deməli Avropa ilə fikir ayrılığı var və bunu Çin də not edəcək. Əlbəttə Çinin necə davranacağı da önəmlidir.

Dünən Biden dedi dollar, funt, avro, yen və s. ödəmələrini kəsəcəyik. Amma bütün sistemi yox, ayrı ayrı bankları dedi və dolayı yolla onların müxbir hesablaşmasını çətinləşdirdi. Texnologiya ixracı sanksiyası da qoyuldu. Sonra satınalmalarda Almaniyanın təkidilə neft qazı qismən saxlasa da, dünən Rus neftini şirkətlər almaq istəməyiblər, bəzi marka spot qiymət hətta mənfi olub. Banklar da kredit məktubu verməyiblər bəzi ticarət anlaşmalarına. Hamı yeni sanksiyalardan qorxur.

Uzun sözün qısası təktərəfli çox şey edə bilərlər və Avropaya da “ya bizdənsiz, ya düşmənsiz” deyə bilərlər. Amma dediyim kimi, indiki hökümətin yanaşması kollektiv qərar almaqdır, ona görə gecikirlər.

Bir də dünən iki ölkəni soruşdular – Çindən qoşulmağı istəyəcəksiz mi? Dedi ki, komment etməyəcəm. Hindistanı isə dedi, görüşəcəyik. Ola bilsin Çinlə danışıqlar gedir.

Yəni sanksiya məsələsinin kökü budur. Ümid edirəm əvvəl axır ya Avropadakı iki üç ölkəni yola gətirib hamılıqla tətbiq edəcəklər, ya da artıq təktərəfli daha sərt sanksiyaları qoyacaqlar. Sanksiyaları həmişə artırıb sistemi tam qurutmaq olar.

Deyəcəksiniz ki, bəs dörd aydır hücumu və ssenariləri dəqiqliklə demişdilər, niyə bu proses o vaxtdan başlamadı? Çünki Avropada buna inanmırdılar. Makron son günlərə qədər sülh danışığı aparırdı, qalanları da inanmırdı. Gərək tanklar hərəkətə keçərdi ki, inanardılar, təəssüf ki…

 

 

Son xəbərlər
Digər xəbərlər
X