8 C
Baku
Friday, December 13, 2024

Rusiya SWIFT sistemindən çıxarıla bilər

Ukraynada böhranın kəskinləşməsi ABŞ-ın Rusiya banklarını beynəlxalq bank sistemi olan SWIFT-dən kənarlaşdırması ilə nəticələnə bilər.

Bu barədə Rusiyanın “Kommersant” qəzetinə ABŞ Dövlət Departamentinə yaxın mənbə məlumat verib.

Məlumata görə, ABŞ Rusiyanı SWIFT-dən yalnız “avropalılar bu addım atmayacağı halda” kənarlaşdıra bilər. Belə olan halda, Rusiya və Amerika bankları arasındakı tranzaksiyalar dayandırıla bilər.

Qəzet yazır ki, ABŞ Ukrayna münaqişəsini diplomatik yolla həll etməyə çalışsa da, hələ də lazımi nəticə əldə olunmayıb.

APA.az

Son xəbərlər
Digər xəbərlər