18 C
Baku
Sunday, September 29, 2024

Rusiya tədavülə yeni əsginaslar buraxır

Rusiya  Mərkəzi Bankı 2017-ci ildə dövriyyəyə 200 və 2 000 rubl nominallı əsginaslar  buraxmağı planlaşdırır. Bu barədə jurnalistərə bankın sədri Elvira Nabiullina deyib.

“Rusiya Mərkəzi Bankının direktorlar şurası nominallar sırasına 200 rubl və 2 min rublluq əskinasların əlavə edilməsi haqqında qərar qəbul edib. Biz düşünürük ki, bu nominallar  bir sıra əlavə pul, mal və xidmətlərə görə hesablaşmalarda vətəndaşların işini sadələşdirməyə imkan verəcək”-deyə Elvira Nabiullina bildirib.

“Təhlil göstərir ki, həmin nominalda iqtisadi cəhətdən əsaslandırılmış əsginasların buraxılması inflyasiya 4-6 faiz təşkil etdiyi zaman ortaya çıxır. Xatırladaq ki, Rusiya Mərkəzi Bankının  məqsədi, inflyasiyanı 2017-ci ilin sonunda 4%-ə qədər  aşağı salmaqdır”-deyə bank sədri əlavə edib.

Elvira Nabiullina
Elvira Nabiullina, Rusiya Mərkəzi Bankının Sədri

Nabiullina həmçinin onu da xatırladıb ki, milli valyutaların üzərində Rusiya regionlarının simvolları təsvir edilir. Mərkəzi Bank bu ənənəni saxlamaq istəyir. Lakin daha bir yeni ənənəyə strat verməyi də planlaşdırır. Belə ki, bank yeni nominalların simvolları üçün vətəndaşların seçim etməsinə imkan yaradacaq.

“Biz yaxın aylarda televiziya kanallarından biri vasitəsi ilə yeni əsginaslar üzərindəki təsvirlər üçün müzakirələr aparmağı və səs vermə həyata keçirməyi planlaşdırırıq”-deyə xanım sədr əlavə edib.

Bundan başqa Nabiullina qeyd edib ki, ki, yeni nominallar dövriyyədə olan nağd pulların həcmini dəyişmir. Əsginasların buraxılış xərcləri Rusiya Mərkəzi Bankının adi smeta xərcləri çərçivəsində olacaq.

Sonuncu dəfə Rusiyada əsginaslar sırasına yenisinin əlavə edilməsi 2009-cu ildə baş tutub. O, zaman 10 rubl, 2001-ci ildə 1000 rubl, 2006-cı ildə 5 min rubl əlavə edilib.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər