13 C
Baku
Friday, November 22, 2024

Rusiya taxıl ixracına rüsumu azaldır

Rusiya taxıl ixracına tətbiq etdiyi rüsumu mayın 25-dən mayın 31-nə qədərki həftə ərzində də azaldacaq.

Banker.az xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu müddətdə 1 ton buğdanın ixrac üçün 110,5 dollar ABŞ dolları, 1 ton arpa və qarğıdalının ixracı üçün isə 76,5 ABŞ dolları rüsum tutulacaq. Bu qiymətlər adi halda müvafiq olaraq 357,9 ABŞ dolları və 294,3 ABŞ dollarıdır.

Xatırladaq ki, mayın 18-dən 24-nə qədərki həftə ərzində 1 ton buğdanın ixrac üçün 111,9 dollar ABŞ dolları, 1 ton arpanın ixracı üçün isə 76,5 ABŞ dolları, 1 ton qarğıdalının icracı üçün isə 77,3 ABŞ dolları rüsum müəyyən edilib.

Ölkədə taxıl ixracı üçün minimum rüsum isə bu il martın 16-dan martın 22-nə qədərki həftə ərzində – 86 dollar/ton təşkil edib.

Hazırda Rusiyada buğdanın baza qiyməti 200 dollar/ton, qarğıdalı və arpanın baza qiyməti isə 185 dollar/tondur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər