Rusiya taxıl sazişinin bərpası üçün şərtlərini açıqlayıb

Taxıl sazişinin bərpası yalnız Moskvanın tələbləri yerinə yetirildiyi təqdirdə mümkündür.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Mövqemiz dəyişməz olaraq qalır: Rosselxozbank-ı SWIFT-ə yenidən qoşmaq, ehtiyat hissələrinin tədarükünü bərpa etmək, nəqliyyat logistikasını və sığortanı qurmaq. Yalnız bundan sonra Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq imkanlarına yenidən baxmaq mümkündür”, – deyə diplomat vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər