22 C
Baku
Thursday, October 3, 2024

Rusiya Türkiyə ilə birgə “Kaan” qırıcıları istehsal etmək istəyir

Rusiya beşinci nəsil qırıcı – “Kaan” ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.

Bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib.

O söyləyib ki, Moskva əməkdaşlığa hazırdır: “Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”.

Qeyd edək ki, daha əvvəl Ukrayna da “Kaan”la bağlı Türkiyəyə müraciət etmişdi.

Xatırladaq ki, “Kaan” Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər