5 C
Baku
Wednesday, February 28, 2024

Rusiya Türkiyə pomidorlarına görə işçi qrupu yaradır – İdxalı bu yolla dayandırır

Rusiya gömrükçüləri Azərbaycan və Ermənistandan olan həmkarları ilə birgə Türkiyə pomidorlarının bu ölkələr üzərindən təkrar ixracının qarşısını almaq üçün effektiv üsul tapıblar.

Bunu Rusiya Federal Gömrük Xidməti rəisinin birinci müavini Ruslan Davıdov deyib.

Eləcə də bax: Azərbaycan rusların “türk pomidoru”na dair iddialarını əsassız sayır

Onun sözlərinə görə, bunun üçün işçi qrupları yaradılıb: “Biz həm azərbaycanlı, həm də erməni həmkarlarımızla qurumlararası işçi qrupları yaratmışıq. Bu qrupların məqsədi malların şəffaf hərəkət istiqamətini müəyyən etməkdən ibarət olacaq”.

Qeyd edək ki, Rusiya bir neçə il əvvəl Türkiyədən pomidor idxalına embarqo qoysa da, məhsulun bir neçə ölkədən, xüsusilə, Azərbaycan, Ermənistan və Belarusdan təkrar ixracından narahatlığını bildirmişdi.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər