13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Rusiya Türkiyədən naringi idxalına qadağa qoyub

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən idxal olunan naringilərdə pestisidlər aşkar edib.

Banker.az xəbər verir ki, “Türkiyədən idxal olunan naringilərdə qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Sözügedən meyvələrin tərkibində xlorpirifos pestisidinin qalıq miqdarı var ki, onun konsentrasiyası icazə verilən maksimum həddi keçir”, – deyə mesajda deyilir.

“Rospotrebnadzor”un vurğuladığı kimi, Türkiyədən naringi idxalı oktyabrın 29-dan başlayaraq qadağan olunur.

Son xəbərlər
Oxşar xəbərlər
X