28 C
Baku
Saturday, July 27, 2024

Rusiya Türkiyədən pomidor idxalı üçün kvotanı bir qədər də artırmaq istəyir

Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və ya 20 % artıraraq 250 min tondan 300 min tona çatdırmağı təklif edib.

Bu barədə Rusiya hokuməti məlumat yayıb.

Xatırladaq ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona, ötən ilin dekabr ayında isə 250 min tona çatdırılmışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər