3 C
Baku
Tuesday, February 27, 2024

Rusiya Türkiyəyə turist axınına görə ikinci ölkədir

2022-ci ilin birinci yarısında Rusiya Türkiyəyə turist axını üzrə ölkələrin siyahısında ikinci yerdə qərarlaşıb.

Bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin statistikası göstərir.

Bu il Türkiyəni 1,45 milyon rusiyalı ziyarət edib, bu da ümumi turist axınının 8,9 faizini təşkil edir.

Birinci yerdə 2 milyon turistlə Almaniya (ümumi turist axınının 12,4 faizi), üçüncü yerdə Böyük Britaniya (1,3 milyon; 7,7 faiz), dördüncü yerdə Bolqarıstan (1,2 milyon; 7,3 faiz), beşinci yerdə isə İrandır (1 milyon; 6,4 faiz)

Ümumilikdə, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyəyə 16,36 milyon xarici turist səfər edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 2,5 dəfə, 2020-ci illə müqayisədə isə üç dəfədən artıq çoxdur. Turist axını 2019-cu ilin yanvar-iyun aylarından təxminən 10 % geri qalır.

Xarici turistlər yanvar-iyun aylarında ən çox İstanbula (6,75 milyon; ümumi turist axınının 41,3 faizi), Antalya vilayətinə (4 milyon; 24,7 faiz), Ədirnəyə (1,7 milyon; 10,7 faiz), Muğlaya (874,4 min; 5,3 faiz) və Artvinə (575,9 min; 3,5 faiz) səfər ediblər.

Son xəbərlər
Digər xəbərlər