Rusiya ərazisinə Türkiyə və İrandan bir neçə növ meyvə və tərəvəzin idxalı müvəqqəti olaraq dayandırılıb.
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) bu barədə qərar qəbul edib.
Bildirilir ki, qadağa Türkiyə və İranda mandarin, limon, nar, üzüm və bibər istehsalı ilə məşğul olan 33 istehsalçının məhsullarına şamil edilib.
“Rospotrebnadzor”un belə bir qərar verməsinə səbəb məhsullarda pestisidlərin konsentrasiyasının icazə verilən normadan əhəmiyyətli dərəcədə (iki dəfədən çox) çox olmasının müəyyən edilməsi, həmçinin Rusiyada istifadəsinə icazə verilməyən maddələrdən istifadə olunmasıdır.