27 C
Baku
Wednesday, June 26, 2024

Rusiya Türkiyənin Ukraynaya kassetli sursatlar tədarük etməsi barədə xəbərə şübhə edir

Türkiyənin Ukraynaya kassetli sursatlar tədarük etməyə başlaması ilə bağlı xəbərlərin etibarlılığından danışmaq çətindir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya və Türkiyənin tərəfdaş olduğunu xatırladaraq Kremlin vəziyyəti izlədiyini söyləyib .

“Burada, əlbəttə ki, bu məlumatın etibarlılığından danışmaq çətindir. Bilirsiniz ki, etibarlı və doğru məlumatlardan daha çox feyklər var. Ona görə də, sözsüz ki, biz bütün bunları diqqətlə izləyirik”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Türkiyənin Ukraynaya Bayraktar pilotsuz uçan aparatları tədarük etdiyini xatırladıb və Türkiyənin NATO üzvü kimi öz öhdəliklərinin olduğunu qeyd edib: “Eyni zamanda, bizi Türkiyə ilə qarşılıqlı faydaya, anlaşmaya, hörmətə və ən çətin problemləri müzakirə etmək üçün qarşılıqlı hazırlığa əsaslanan tərəfdaşlıq münasibətləri birləşdirir”, – deyə Kreml rəsmisi əlavə edib.

Qeyd edək ki, “Foreign Policy” ABŞ və Aİ nümayəndələrinə istinadən Türkiyənin 2022-ci ilin noyabr ayından Ukraynaya Amerika tipli kassetli sursatlar tədarük etdiyini yazıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər