Bu ilin yanvar-mart aylarında Rusiyadan Türkiyəyə 7 726,51 mln. kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da illik müqayisədə 1,2% çoxdur.
Banker.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2021-ci ilin yanvar-mart aylarında Rusiyadan 7 635,01 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, ötən il Rusiyadan Türkiyəyə 26 342 mln. kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da illik müqayisədə 63% çoxdur. Ötən il Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.