17 C
Baku
Sunday, May 19, 2024

Rusiya Türkiyəyə rekord 444 min barel neft tədarük edib

2023-cü ilin dekabrında Rusiya neftinin Türkiyəyə dəniz yolu ilə tədarükü rekord həddə çatıb və 444 min barel təşkil edib (günlük ümumi dəniz ixracının 13%-i), Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“Reuters”in hesablamalarına görə, noyabrda Rusiya Türkiyəyə gündə 400 min barel “Urals” nefti tədarük edib ki, bu da onun dəniz vasitəsilə ümumi ixracının təxminən 14%-ni təşkil edib. “Kpler” noyabr ayında bu ölkəyə tədarük həcmini 432 min barel səviyyəsində qiymətləndirir.

Analitiklərin qeyd etdiyi kimi, dekabrda Türkiyəyə tədarüklərin əksəriyyəti – təxminən 85%-i Baltikyanı Primorsk və Ust-Luqa limanlarından gələn tankerlərdən gəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər