Böyük Britaniya və Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır ki, əgər Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş baş tutmasa, tətbiq etsinlər.
Bu haqda “Telegraph” qəzeti yüksək vəzifəli hökumət mənbəsinə istinadən məlumat yayıb.
“Böyük Britaniya və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. Putin Zelenski və Trampla üçtərəfli danışıqlarda iştirakdan imtina edərsə, tətbiq edilə bilər”, – məlumatda deyilir.