2 C
Baku
Saturday, December 14, 2024

Rusiya üçün yeni sanksiya gəlir — Neft bu səbəblə yenidən bahalaşır

ABŞ və Avropa Ukraynada iddia edilən hərbi cinayətlərə görə Rusiyanı cəzalandırmaq üçün yeni sanksiyalar planlaşdırır, bu da qlobal təchizat sərtləşdirilməsi ilə bağlı narahatlıqları artırır, İran isə hələ də dünya gücləri ilə nüvə danışıqları dalana dirənir. Bütün bunların nəticəsi olaraq neftin qiyməti Bayenin bazara müdaxiləsinə rəğmən yenidən bahalaşır. 

Banker.az xəbər verir ki, iyun fyuçersində Brent markalı neft 1.17 dollar və ya 1.1% bahalaşaraq barrel üçün 108.70 dollar olub. ABŞ-ın WTI xam nefti 1.15 dollar və ya 1.1% artaraq 104.43 dollar olub.

Aİ Rusiyanın neft sənayesini hədəfə ala biləcək yeni sanksiyalar üzərində işləyir. Xarici analitiklər düşünür ki, bu səbəbdən də yaxın müddətdə xam neftin qiymətləri yüksələ bilər.

Qərb Ukraynada mülki insanların (əsasən də Kiyev yaxınlığındakı Buçada) qətli ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırır. ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarının bu həftə açıqlanacağını deyib.

“Avropanın Rusiyanın enerji sektoru ilə əməliyyatları azaltmaq və təchizatı daha da azaltmaq üçün hərəkətə keçəcəyinə dair gözləntilər yüksəlir” – deyə, bunu OANDA-nın baş analitiki Jeffrey Halley Reuters-ə bildirib.

Neft qiymətlərindəki artımı səngitmək üçün bu mövzuda “mütəfiq” ABŞ-la olan ölkələr keçən həftə bir ayda ikinci dəfə strateji ehtiyatlardan bazara koordinasiyalı neft çıxarılmasına razılaşdılar. Bayden administrasiyası gündəlik ifadədə 1 mln. barrel SNE-dən bazara neft çıxaracağını bildirmişdi.

Bununla belə, Yaponiyanın sənaye naziri Koiçi Haqiuda çərşənbə axşamı Beynəlxalq Enerji Agentliyinin (IEA) hələ də buraxılışın təfərrüatlarını araşdırdığını deyib. Onun bu şərhindən sonra isə neftin qiyməti 2% bahalaşıb.

“Saxo Bank” əmtəə strategiyasının rəhbəri Ole Hansen cari ilin II rübündə neft qiymətlərinin bir barel üçün 90-120 dollar arasında ticarət edəcəyini gözləyir.

ABŞ-ın Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar hələ də nüvə proqramı ilə bağlı danışıqlarda İranla qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün bir “fürsət” olduğuna inanır.

ABŞ və İranın gündə 1.3 milyon barel İran neftini qlobal bazarlara qaytaracaq nüvə sazişinə yaxınlaşması ilə bağlı hər hansı əlamətlər neft qiymətlərinə təsir edəcək, yəni ucuzlaşdıracaq.

Yeri gəlmişkən, iqtisadi kalendara nəzər saldıqda, sabah ABŞ-da Enerji İnformasiya Administrasiyası (EIA) anbarlardakı neft ehtiyatlarını açıqlayacaq. Proqnozlara görə, neft anbarlarında 3.02 mln. barrel azalma müşahidə edilir. Bu xəbər özü də neftin bahalaşması üçün əsas amildir.

 

Son xəbərlər
Digər xəbərlər