11 C
Baku
Monday, November 25, 2024

Rusiya-Ukrayna danışıqları bu tarixdə bərpa oluna bilər

Hazırda Ukrayna tərəfi danışıqların bərpası imkanlarını nəzərdən keçirmir. Lakin avqustun sonunda “Ukrayna Silahlı Qüvvələrinin bəzi yerlərdə əks-hücum əməliyyatı”ndan sonra hər şey dəyişə bilər.

Bunu deputat, Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamia “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

O vurğulayıb ki, Ukrayna Rusiya ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər.

Deputatın sözlərinə görə, ilk olaraq Rusiya tərəfinin fevralın 24-dək olan mövqelərə qayıtmasını təmin etmək lazımdır:

“Bundan sonra bütün suveren ərazilərin, o cümlədən Krım, Donetsk və Luqansk vilayətlərinin qaytarılmasından danışmaq mümkün olacaq”

“İstanbulda təklif etdiyimiz kimi bir növ siyasi razılaşmanı nəzərdən keçirə bilərik. Məsələn, biz bir neçə ildir ki, Krım məsələsinə toxunmuruq. Biz bunu hərbi yolla etmirik, amma diplomatik və siyasi yolla edirik”, – o əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər