12 C
Baku
Saturday, November 23, 2024

Rusiya-Ukrayna gərginliyin “səngiməsi” xəbəri ilə neft 3% ucuzlaşdı

Rusiya-Ukrayna siyasi gərginliyində sərinləşmə fonunda neftin qiymətləri həftənin çərşənbə gününə 3% sessiya ərzində dəyər itirdi.

Banker.az xəbər verir ki, Brent neftinin bir barelinin qiyməti öncəki sessiya ilə müqayisədə 3.3% ucuzlaşmaqla $93.19-a düşüb.

ABŞ-ın WTI xam neftinin bir barreli isə 3.6% ucuzlaşmaqla $93.19-a düşüb.

Rusiya hərbi birləşmələri Ukrayna ilə sərhəddəki hərbi təlimlərdə iştirak edən hərbi birləşmələrin bir hissəsini geri çəkdiyini açıqladı. Bu da investorlarda bir ümid yaradır ki, gələcəkdə neftin təchizatı ilə bağlı hər hansısa əngəl olmayacaq.

Amerikanın “JPMorgan” bankının analitikləri Ukrayna ilə gərginlik səbəbindən Rusiyanın xam neft ixracının azaldacağı təqdirdə neftin “asanlıqla” 120 dollar/barelə yüksələcəyini proqnozlaşdırıblar. Bank qeyd edir ki, Rusiya neftin ixracını iki dəfə azaltsa, “Brent”in qiyməti 150 dollar/barelə çata bilər.

Hər iki neftin qiyməti COVID-19-dan sonra bərpa olunan iqtisadiyyatların yanacağa tələbin yüksəlməsi ilə – Brentin barreli $96.78, Texas neftinin barreli $95.82 çatmaqla 2014-cü ilin oktyabr və sentyabr aylarından bu tərəfə zirvəyə yüksələ bildilər.

Son xəbərlər
Digər xəbərlər