Rusiya Ukrayna ilə “ərzaq müharibəsinə” başlayıb

Rusiya höküməti Ukraynadan gətirilməsi yasaqlanan məhsulların siyahısını artırıb.

Artıq Ukrayna şəkərini, makaron məmulatlarını, yağsızlaşdırılmamış kakao pastasını, bəzi qarğıdalı və taxıl məhsullarını, müslini, ketçup və mayonezləri, hazır şorbaları, bulyonları, dondurmanı, meyvə şirələrini Rusiyaya gətirmək olmaz.

Qadağan olunmuş mallar arasında arpa, palma yağı, hazır və ya konservləşdirilmiş ət və dəniz məhsulları, qarşıdalı nişastası, jmıx və digər mal-qara yemi, meşə materialları da var.

Rusiya mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasındakı iqtisadi münasibətlər 2015-ci ildə, Kiyev MDB çərçivəsində azad ticarəti ləğv etdikdən və Rusiya mallarına embarqo qoyduqdan sonra pisləşməyə başlayıb. Ondan sonra sanksiya siyahısı dəfələrlə genişləndirilib.

Moskvanın cavabı bəzi Ukrayna mallarına qadağa qoyulması ilə yanaşı, Rusiya ərazisindən tranziti də məhdudlaşdırıb. Rusiya qadağaları Kiyev adekvat addımlar atdıqdan sonra aradan qaldıracağını bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.