21 C
Baku
Şənbə, May 21, 2022

Rusiya-Ukrayna müharibəsi fonunda Tayvanda intensivləşən hərbi hazırlıqlar

Nüfuzlu War on the Rocks saytında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Tayvanda intensivləşən hərbi hazırlıqlar barədə məqalə paylaşılıb.

Yazıda Tayvanın mümkün Çin işğalına qarşı müqavimət imkanları müzakirə edilir. Qeyd olunur ki, Ukrayna prosesindən dərhal sonra ada dövləti 2 illik icbari hərbi xidmət sistemi tətbiq etməyə hazırlaşır. İstinad olunan son ictimai fikir sorğuları Tayvan əhalisinin müqavimət göstərmək niyyətində olduğunu göstərir. Artıq bəzi tayvanlılar könüllü olaraq mülki müqavimət hərəkatlarına qoşulurlar.

Yazının müəlliflərdən biri, Tayvan Ordusunun təqaüddə olan admiralı Lee Hsi-Min ölkəsinin əsas müdafiə potensialını partizan hərəkatında görür. Admiralın fikrincə, Ukrayna prosesi mülki müqavimətin çəkindirici güc ola biləcəyini göstərir. Yəni, hərbi müdaxilə niyyətində olan böyük güc qarşılacağı müqavimət və itkilərdən çəkinə bilər. Bu səbəbdən asimmetrik güc nisbətində olan tərəflərin müharibəsində kiçik dövlətin yeganə şansı ümumxalq müqavimətindən asılıdır.

Belə bir reallıq qarşısında yazının müəllifləri Tayvan əhalisinə təlimlər keçirilməsini və mülki şəxslərin silahlandırılmasını təklif edir. Eyni zamanda könüllülərə Javelin və Stinger kimi silahlardan istifadə bacarıqlarının aşılanmasınım vacibliyi vurğulanır.

Yazıda istifadə olunan üslub və verilən təkliflər Çinin Tayvana hərbi müdaxiləsi təhdidinin real olduğuna və Tayvanın bu təhlükədən ciddi şəkildə narahatlıq keçirdiyinə işarə edir. Belə görünür ki, yaxın perspektivdə Cənubi Çin dənizinin suları isinə bilər.

Son xəbərlər
Oxşar xəbərlər