14 C
Baku
Saturday, November 23, 2024

Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına 1.3 trln. dollar zərər vurub

Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına 1.3 trilyon dollar həcmində zərər vurub.

Bu barədə Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutunun (DİW) araşdırmasında bildirilib. Qeyd olunub ki, Ukraynadan taxıl ixracındakı problem, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və bunun nəticəsində yaranan enerji böhranı dünya iqtisadiyyatına böyük zərbə vurub. Qərb dövlətlərinin iqtisadiyyatı daha çox ziyana məruz qalıb. Bu ölkələrdə 2022-ci ildə inflyasiyanın səviyyəsi 10 faiz yüksəlib.

Beynəlxalq Valyuta Fondunun araşdırmasına görə isə cari ildə dünya iqtisadiyyatında cəmi 2,9 faiz artım olacaq. Halbuki bu rəqəm daha çox ola bilərdi.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər