Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın maraqlarını nəzərə almadan Ukrayna böhranını həll etmək mümkün deyil.
Onun açıqlamasının mətni Rusiya XİN-nin rəsmi saytında yerləşdirilib.
Zaxarova bildirib ki, Rusiya Ukrayna Prezidenti Volodmir Zelenskinin təklif etdiyi “sülh sammitində” iştirak etməyəcək. Onun sözlərinə görə, belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur:
“Eyni zamanda, Rusiya böhranı siyasi və diplomatik kanallarla həll etməkdən imtina etmir, mövcud vəziyyəti, geosiyasi reallıqları və Rusiya Prezidenti Vladimir Putin tərəfindən formalaşdırılmış təşəbbüsü nəzərə alan ciddi təklifləri müzakirə etməyə hazırdır”.