16.2 C
Baku
Friday, May 16, 2025

Rusiya, Ukrayna və Türkiyənin İstanbul görüşünün vaxtı açıqlanıb

Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri Bakı vaxtı ilə saat 13:30-da İstanbuldakı Dolmabağça prezident ofisində görüşəcəklər, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar günorta saatlarında Türkiyə xarici işlər nazirinin çıxışı ilə başlayacaq. Çıxış canlı yayımlanacaq.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında İstanbul danışıqları mayın 15-nə planlaşdırılıb. Rusiya nümayəndə heyəti cümə axşamı səhər saatlarında İstanbula gəlib. Lakin danışıqlar növbəti günə təxirə salınıb.

Son xəbərlər
Digər xəbərlər