8 C
Baku
Sunday, November 17, 2024

Rusiya Ukrayna vətəndaşlarına viza tətbiq edə bilər

Rusiya Ukrayna vətəndaşlarına viza tətbiq edə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Biz bu məsələni müxtəlif qurumlarla müzakirə edirik. Burada humanitar amillər də daxil olmaqla, bütün amilləri nəzərə almalıyıq. Biz ölkəni və ya hərbi əməliyyatlar zonasını tərk edərək Rusiyaya gəlmək istəyən Ukrayna vətəndaşlarının həyatını çətinləşdirmək istəmirik. Onlar üçün viza almaq çox çətin proses olardı, xüsusən indiki vəziyyətdə, Kiyevdə səfirliyimiz belə olmadığı bir vaxtda…Ona görə də biz baxıb addımlarımızı öz maraqlarımıza əsaslanaraq atacağıq. Hər şeyə “güzgü effekti” ilə cavab vemək mütləq deyil. Məsələ bu cür qoyulub ki, “güzgü effekti” ilə cavab verək, ya verməyək. Hələlik, heç bir qərar verilməyib. Belə olur, diplomatik praktikada həmişə simmetrik cavab olmur. Asimmetriya da var. Tutaq ki, bizdə Gürcüstanla viza rejimi var, amma Gürcüstan rusiyalılar üçün viza rejimi tətbiq etmir… Ona görə də praktikada buna rast gəlinir”, deyə Rusiya XİN-dən bildirilib.

Qeyd olunub ki, Rusiya XİN Ukrayna vətəndaşlarına viza tətbiq olunmasının mümkünlüyünə baxır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər