Rusiya Ukraynada davam edən müharibəyə hərbçi cəlb etmək adı altında 50-dən çox könüllü batalyon yaradır.
Bu açıqlama ilə tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.
“Belə batalyonlar Rusiya Federasiyasının 34 bölgəsində yaradılır, onların hər birinin öz adı olacaq”, – deyə hərbi ekspert bildirib.
O. Jdanov əlavə edib ki, könüllü batalyonlara qoşulan rusiyalılara ayda orta hesabla 100-360 min (2 800 – 10 000 manat) rubl maaş vəd edilir.