Rusiya Ukraynada vurduğu texnikanın siyahısını açıqladı

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub.

Bu barədə məlumatı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, sözügedən obyektlər sırasında 14 hərbi aerodrom, 19 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 24 “S-300” və “Osa” zenit-raket kompleksi, 48 radiolokasiya stansiyası var.

Konaşenkov bildirib ki, rusiyalı hərbçilər Ukraynaya məxsus 7 döyüş təyyarəsi, 7 helikopter və 9 PUA vurublar: “Bununla yanaşı, 87 tank və digər zirehli avtomobil, 28 reaktiv yaylım atəş sistemi, 118 ədəd  xüsusi hərbi avtomobil texnikası məhv edilib”.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər