22 C
Baku
Monday, October 7, 2024

Rusiya ukraynalı iş adamını axtarışa verdi

Rusiya İstintaq Komitəsi ukraynalı iş adamı Yevgeni Çernyakı terrorizmi maliyyələşdirməkdə ittiham edərək axtarışa verib.

Bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.

O, Ukrayna ordusuna Rusiya ərazisində terror fəaliyyəti həyata keçirmək üçün 500 milyon rubldan çox pul köçürməkdə ittiham olunur.

Bildirilir ki, “Global Spirits” holdinqinin müşahidə şurasının rəhbəri olan Çernyaka qarşı cinayət işi açılıb.

Son xəbərlər
Digər xəbərlər