Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib.
Banker.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin mümkünlüyü haqda ittihamlarının bir sıra məqsədi var:
“Daima Rusiyanı guya Ukraynada nüvə silahından istifadə edə bilməkdə ittiham edən amerikalılar bir sıra məqsədlər güdürlər. Bu məqsədlərdən biri məlumdur – öz əhalisini qorxutmaq. Amma Rusiya heç vaxt nəyinki nüvə silahı ilə hədələməyib, əksinə, bütün tərəfləri bu cür məsuliyyətsiz addımlara qarşı xəbərdar edib, hansı ki, bu, Vaşinqtonu qane etmir”, – deyə Rusiya XİN sözçüsü telegram kanalında yazıb.