Rusiya Ukraynanı məhv etməyi qarşısına vəzifə qoymur.
Bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Ukrayna bir dövlət kimi mövcud ola biləcəkmi?” sualına Rusiya prezidenti deyib: “Rusiya əlbəttə ki, Ukraynanı məhv etməyi qarşısına vəzifə qoymur”.
Putin hesab edir ki, hazırda Ukraynaya kütləvi zərbələr endirməyə ehtiyac yoxdur.