Rusiya 1991-ci il Müstəqillik Bəyannaməsinə əsasən Ukraynanın ərazi bütövlüyünə hörmət edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Moskva Ukraynanın suverenliyini hələ 1991-ci ildə tanıyıb və onun qonşu ölkənin ərazi bütövlüyü ilə bağlı heç bir problemi yoxdur: “Ancaq Müstəqillik Bəyannaməsində bizim üçün əsas məqamlardan biri Ukraynanın bloklara qoşulmayan ölkə olması və heç bir hərbi ittifaqa girməyəcəyi idi. Bu ifadədə, bu şərtlər altında biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.
Bunu hamı bilmir, amma biz yaxşı bilirik ki, Kiyev Sovet İttifaqının dağılması zamanı öz müstəqilliyini və muxtariyyətini müstəqillik bəyannaməsi əsasında alıb və bu bəyannamədə ağ-qara yazılmışdı ki, Ukrayna neytral dövlət. Bizim üçün isə bu prinsipial əhəmiyyət kəsb edir”.