Kreml Ukraynanın Belarusa hücum etməməklə bağlı pakt bağlamağı təklif etməsi barədə məlumata malik deyil.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Belarus prezidenti Aleksandr Lukaşenkonun Kiyevin Minskə hücum etməmək haqqında pakt bağlamağı təklif etdiyi barədə bəyanatı ilə bağlı sualı şərh etməyib.
“Xeyr, hələlik bu barədə şərh verə bilmərəm, məndə məlumat yoxdur”, – deyə Kremlin sözçüsü vurğulayıb.