11 C
Baku
Friday, October 25, 2024

Rusiya Ukraynanın dəniz yolu ilə tədarükünə mane olur

Rusiya hərbi dəniz qüvvələri Ukraynanın Qara və Azov dənizi sahillərinin distant blokadasını davam etdirərək Ukraynanın dəniz yolu ilə tədarükünə mane olur.

Böyük Britaniya müdafiə nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın hələ də Ukraynaya dəniz desantları çıxarmaq imkanı var, lakin bu, ukraynalıların hazırlaşmaq üçün vaxtı olacağından yüksək riskli olardı.

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Rusiyanın Ukrayna hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv edilməsi məqsədi ilə davam edən səylərinə baxmayaraq Ukrayna hələ də Rusiyanın Aviasiya və raket əməliyyatlarına nəzərəçarpan problemlər yaradır, nəticədə Rusiya təyyarələri hələ də qısa və orta mənzilli HHM-lər qarşısında müdafiəsiz qalırlar.

“Rusiyanın HHM-ləri aşkarlamağı və məhv etməyi bacarmaması onun havada geniş nəzarət ələ keçirmək səylərinin qarşısını alıb, nəticədə onun bir neçə cəbhədə quru qoşunlarının hücumlarını dəstəkləmək imkanlarına nəzərəçarpan təsirlər edib”, – deyə məlumatda qeyd olunub.

 

 

 

Son xəbərlər
Digər xəbərlər