2 C
Baku
Thursday, February 29, 2024

Rusiya Ukraynanın daha bir Su-25 təyyarəsini və 13 PUA-sını vurub

Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri ötən sutka ərzində “DXR”in Mazanovka yaşayış məntəqəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

O, ötən sutka ərzində Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən Ukraynanın 13 pilotsuz uçuş aparatının vurulduğunu da qeyd edib.

Koneşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin hərbi itkilərini də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 193 təyyarə, 130 helikopter, 1163 pilotsuz uçuş aparatı, 336 zenit-raket kompleksi, 3471 tank və digər zirehli döyüş texnikası, 493 reaktiv yaylım atəşi sistemi, 1834 səhra artilleriya və minaatan, o cümlədən 3512 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər