12 C
Baku
Cümə axşamı, May 26, 2022

Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiyanın hava hücumundan müdafiə bölmələri Ukraynaya məxsus Su-25 təyyarəsini vurub.

Bu barədə şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

İ. Konaşenkov deyib ki, Rusiyanın raket qüvvələri və artilleriyası son sutkada Ukrayna qoşunlarının 43 komanda məntəqəsini, hərbi texnika üçün yanacaq daşıyan 8 konvoyu davurub.

“Əməliyyat-taktiki aviasiya gecə ərzində şəxsi heyətin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 67 ərazini məhv edib”, – Konaşenkov əlavə edib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”, – Konaşenkov bildirib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər