18 C
Baku
Sunday, September 8, 2024

Rusiya Ukraynaya aviasiya bombaları atıb

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atması nəticəsində bir nəfər yaralanıb, dağıntılar var.

Bunu Ukrayna Prezident Ofisinin (UPO) rəhbəri Andriy Yermak sosial şəbəkə səhifəsində bildirib.

“Düşmən Sumı vilayətinin Belopole bölgəsini atəşə tutmaqda davam edir. Rusiya idarəedilən aviasiya bombaları ilə aviazərbə endirib”, – A.Yermak yazıb.

O qeyd edib ki, bombardman nəticəsində iki şəxsi ev, ikimərtəbəli çoxmənzilli yaşayış binası, küçədən keçən aşağı təzyiqli qaz kəməri zədələnib.

Ofisin başçısı vurğulayıb ki, Rusiya Ukrayanda mülki obyektləri atəşə tutmaqla yeni taktikanı sınaqdan çıxarır:

“Bu, terrorçu-dövlətin tipik terrorudur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər