28 C
Baku
Saturday, July 27, 2024

Rusiya Ukraynaya kütləvi raket zərbəsi endirib

Bu gün səhər Rusiya Ordusu Ukraynanın qərb, mərkəzi və cənub vilayətlərinə raket zərbələri endirib.

Ukraynada hava həyəcanı elan olunub.

Nikolayev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim Qara dənizdən raketlər buraxıldığını bildirib.

Xarkov hərbi qarnizonunun rəisi Sergey Melnik Feodosiysk rayonundan 6 “Kalibr” raketi buraxıldığını və raketlərin qərb istiqamətində uçduğunu açıqlayıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da raket təhlükəsi barədə xəbərdarlıq edib və hava həyəcanını diqqətə almağa çağırıb.

Lvov vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski əhalini sığınacaqlarda yerləşməyə çağırıb.

Sosial şəbəkələrdə Kiyevdə hava hücumundan müdafiə sistemlərindən istifadə edildiyinə dair xəbərlər yayılıb.

Xmelinsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qamaliy də raket zərbələri barədə xəbərdarlıq edib və əhalini sığınacaqlarda gizlənməyə çağırıb.

Xerson və digər əyalətlərdə preventiv addım olaraq elektrik enerjisi təchizatı dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər