Rusiya Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxıb.
Bu barədə təşkilatın Baş katibi Zurab Pololikaşvili “Twitter“də bildirib.
“Bu gün Rusiya UNWTO-dan çəkilmək niyyətini bəyan etdi. Bizim əsasnaməmiz bəllidir: sülh və insan haqlarına universal hörmət naminə turizmin təşviqi. Yalnız buna sadiq qalan üzvlər UNWTO üzvü ola bilər”, – Baş katib qeyd edib.