Rusiya diplomatlarına viza verilmədiyi üçün UNESCO-ya nota göndərib.
Rusiyanın UNESCO yanında daimi nümayəndəliyi Fransanın təşkilatın tədbirlərinə xarici nümayəndə heyətlərinin səfərini təmin etmək üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə quruma məlumat verib.
Bildirilib ki, rusiyalı diplomatlar Parisdə keçirilən UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün viza ala bilməməsindən sonra rəsmi Moskva təşkilata nota göndərib:
“Nümayəndəliyimiz diplomatik kanallar vasitəsilə UNESCO-nun katibliyinə müraciət edib – nota göndərib və katiblik qarşısında təşkilat ilə Fransa tərəfi arasında bağlanmış müqaviləyə uyğun olaraq bu dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi barədə məsələ qaldırıb”.