20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Rusiya və Belarus ödənişlə bağlı razılığa gəldilər

Rusiya və Belarus Minskdə baş tutan danışıqlar zamanı enerji daşıyıcıları üçün ödənişə dair razılığa gəliblər.

BELTA xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

Rusiya hökumətin başçısı əldə olunan razılaşmaların detallarını açıqlamayıb, lakin bəyan edib ki, Moskva Minsklə əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı bəyan edib ki, respublikanın Baş naziri Roman Qolovçenko COVID-19-a qarşı Rusiya istehsalı olan vaksini sınaqdan keçirməyə qərar verib.

O qeyd edib ki, Belarus Rusiyanın COVID-19-a qarşı vaksinini tədarük edəcəyi ilk ölkə olacaq: “Mən çox şadam ki, Roman Aleksandroviç Qolovçenko bu gün vaksin vurdurmaq qərarı verib. Əminəm ki, hər şey yaxşı olacaq”.

Son xəbərlər
Oxşar xəbərlər