26 C
Baku
Saturday, July 27, 2024

Rusiya və Çin liderləri birgə bəyanat qəbul edəcək

Rusiya prezidenti Vladimir Putin və Çin xalq partiyasının sədri Si Cinpin yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlərlə bağlı birgə bəyanat qəbul edəcək və üzbəüz söhbət edəcəklər.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinlə Çinə Lavrov, energetika naziri Şulqinov, baş nazirin müavini Çernışenko və Seçin, eləcə də özü gedəcək.

Qazprom prezidenti Millerin Çinə getməmə səbəbi barədə suala isə prezidentin köməkçisi pandemiya səbəbindən Çinin Putini müşayiət edən heyəti 20-25 nəfərdən 6 nəfərə endirdiyini bildirib.

Uşakov Pekində iki ölkə arasında sənədlər paketi imzalanacağını, o cümlədən qaz sazişlərinin hazırlandığını söyləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər