26 C
Baku
Saturday, July 27, 2024

Rusiya və Gürcüstanda dollar zəifləyib, Türkiyədə bahalaşıb

Dollar rubl və lari qarşısında zəifləyir, lirə qarşısında möhkəmlənir.

Rusiya Mərkəzi Bankının açıqladığı rəsmi valyuta məzənnələrinə əsasən,  avro/rubl məzənnəsi 52,14 rubl enərək, 62,74 səviyyəsində qərarlaşıb. Dollar rubl qarşısında 17,87 rub ucuzlaşaraq 58,95 rublda qərarlaşıb.

Türkiyə maliyyə bazarlarında da FED-in yığıncaq öncəsi dollar və avro hərəkətlənib. Səhər 3,74 ilə başlayan USD/TRY məzənnəsi 3,7560 səviyyəsinə kimi artıb. Avro/lirə məzənnəsi 3,9865 səviyyəsində olub.

Gürcüstan Milli Bankının bu günə açıqlamasına əsasən, ötən iş günü 2,5111 olan dollar/lari məzənnəsi son açıqlamada  2,5052 səviyyəsinə kimi düşüb.

Son xəbərlər
Digər xəbərlər